Bakıda 2 nəfər mərmər lövhələr altında qalaraq ölüb 17 Mart 2016 02:00 Hadisə Bakı şəhərinin Suraxanı rayonunda 2 vətəndaş mərmər lövhələr altında qalaraq vəfat edib. Maide.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, xilasedicilər hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndiriblər. Məlum olub ki, yük avtomobilini boşaldarkən mərmər lövhələr aşmış və vətəndaşlar lövhələrin altında sıxılmış vəziyyətdə qalıblar. Xilasedicilər mərmərləri kəsərək ayırmış və vətəndaşların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:14-də başa çatıb. Teqlər : #Bakıda 2 nəfər mərmər lövhələr altında qalaraq ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sosial yardım ala bilmədi, özünü yandırdı Bakıda 86 yaşlı kişi intihar edib