Bakı-Sumqayıt elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb 04 Mart 2020 09:44 Hadisə Bu gün Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyindən “Report”a verilən məlumata görə, buna səbəb kontakt şəbəkəsində kontakt naqillərinin naməlum şəxslər tərəfindən oğurlanmasıdır. Hadisə nəticəsində Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində 6-31 dəqiqə arası ləngimə qeydə alınıb. Hazırda elektrik qatarları cədvəl üzrə hərəkət edir. Hadisə aidiyyəti üzrə araşdırılır. Teqlər : #BakıSumqayıt,#elektrik,#qatarlarının,#hərəkətində,#ləngimələr,#qeydə,#alınıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fevral ayında qazdan zəhərlənmə ilə bağlı müraciətlərin sayı AÇIQLANDI Avtovağzalda işıqlar söndü, növbələr yarandı