Bağdadda iki partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb

Bağdadda iki partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb

İŞİD terror qruplaşmasının İraqın paytaxtı Bağdadda ticarət mərkəzinin yaxınlığında törətdiyi iki partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.
 
Maide.Az xəbər verir ki, İraqın Neft Nazirlliyinin yaxınlığında yerləşən Nəxil ticarət mərkəzinin yanındakı komikadze hücumunda  daha 40 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
 
Bundan öncə ölənlərin sayının 12 nəfər olduğu bildirilirdi.
 
Məlumata görə, birinci partlayış Bağdadın şərq hissəsində, ticarət mərkəzinin qarşısında, ikinci isə avtomobil dayanacağında törədilib.
 
Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
 

Google+ WhatsApp ok.ru