Bağdadda 7 aydır davam edən tək nəfərlik aksiya

Bağdadda bir çox teatr və ictimai obyektlərin mərkəzində yer alan Təhrir Meydanında son 7 aydır ki, fərqli bir etiraza səhnə olur. Hacı Əhməd adlı vətəndaş hər gün saat 16.00-da Təhrir Meydanına gəlib, axşam saatlarına qədər oturaq aksiyası keçirir.
 
Təhlükəsizlik tədbirlərinin son dərəcə sıx olduğu meydanda saatlarla özü ilə gətirdiyi kətildə oturan Əhməd, "Parlamentin ləğv edilməsi üçün oturaq aksiya keçirirəm" yazılmış plakat tutur.
 
Maide.az xəbər verir ki, mediaya açıqlama verən Əhməd, podratçı olduğunu, gündüzlər işinə gedib-gəldiyini deyib. Aksiyanın "meydan oxuma" xarakteri daşıdığını deyən Əhməd, bunları söyləyib:
 
"Mən pul arxasınca deyiləm. İşim-gücüm var, dolanışığım də pis deyil. Amma siyasətçilərin etdiyi oğurluq və korrupsiyanı qəbul etmirəm. Ölkəmi betər edənlərə meydan oxumaq istəyirəm".
 
Aksiyaya sona çatması üçün 7 ayda bir sıra xəbərdarlıq və təhdidlər aldığını, ancaq bunlara əhəmiyyət vermədiyini bildirən Əhməd, "İlk gündən Allaha təvəkkül etdim. Hərəkətimə 360 gün davam edəcəyəm", - deyə bildirib.

Google+ WhatsApp ok.ru