BƏƏ həbsxanaları - məhbus qadınların kütləvi məzarlığı 25 Dekabr 2020 15:51 Dünya "BƏƏ-nin həbsxanaları, zehni və fiziki işgəncələrdə ixtisaslaşmış təhlükəsizlik işçiləri tərəfindən, sakit və mütəşəkkil şəkildə sui-qəsd edilən məhbus qadınların kütləvi məzarlığına çevrilib". Maide.Az "parstoday"ə istinadla xəbər verir ki, Britaniyadakı Ərəb İnsan Haqları Təşkilatı BƏƏ həbsxanalarının həbs olunan qadınların vəziyyəti haqda “Tvitter” səhifəsində bu haqda yazıb. Məlumatda bildirilir ki, BƏƏ hökuməti ictimai fəal Aliyə Əbdül Nurun qandallanaraq, həbsxanada tibbi yardım göstərilmədən ölümə tərk edildikdən sonra, sərbəst buraxılmasına dair bütün beynəlxalq tələblərə məhəl qoymayıb". Bildirilir ki, digər bir fəal Amina əl-Abduli ittiham məzmunlu sənədləri oxumadan imzalamaq üçün işgəncə verilərək, heç vaxt etmədiyi əməli etiraf edib. Təşkilat BƏƏ həbsxanalarındakı ictimai fəal qadınlara qarşı işgəncə verilməsinə dair xəbərdarlıq etdi və onların sərbəst buraxılması üçün kampaniya başlatdı. İnsan hüquqları təşkilatları əvvəllər BƏƏ-nin həbsxanalarında siyasi məhbusların olduğu kritik vəziyyət barədə xəbərdarlıq edib. Teqlər : #BƏƏ,#həbsxanaları,#məhbus,#qadınların,#kütləvi,#məzarlığı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Almaniya Can Dündarı Türkiyəyə təslim etməkdən imtina etdi Argentina prezidenti Rusiya prezidentinə təşəkkür etdi - VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO