Ayətullah Xamenei:`İslam ümməti yeni islam sivlizasiyasınının bünövrəsini qursun`

"Düşmənlərin məqsədi daxili  müharibələr yaratmaqdır və təssüflər olsun ki, bir azda bunu bacarıblar və ölkələri bir-birinin ardınca viran edirlər. Bu çirkli planların qarşısında sükut etmək olmaz və onunla mübarizə aparmaq lazımdır.”  

15:46

Xəbər verdiyimiz kimi, bu gün  Məhəmməd Peyğəmbərin (s) və İmam Cəfər Sadiq (ə) doğum günü münasibətlə Ali Lider Ayətullah Seyyid Əli Xamenei Tehranda İran rəsmiləri,  İslam dövlətləri səfirliklərinin nümayəndələri və "Birlik" konfransının iştirakçıları ilə görüşüb.

Maide.az xəbər verir ki, görüşdə Ayətullah Xamenei əziz Peyğəmbərin (s) mövludu münasibəti ilə görüş iştirakçılarını və dünya müsəlmanlarını təbrik edib və bildirib ki, İslam dünyası Peyğəmbər (s) kimi yeni ruh və atmosfera yaratmalı və yeni islam mədəniyyəti  (sivlizasiyasını)  qurmalıdır.

Ayətullah Xamenei islam  ölkə rəhbərlərinin müsəlman ölkələrində düşmənlərin törətdiyi cinayətlər qarşısında sükutunu tənqid edib. “İslam dünyası siyasətçilərinə daha ümid yoxdur. İslam dünyası Bəhreyndə müsəlmanlara olan davamlı təzyiqlər, bir ilə yaxındır Yəmənin bombalanması, Suriya və İraqdakı vəziyyət və Nigeriyada baş verən son hadisələrə niyə sükut edir? Niyə saleh və mömin bir Şeyxlə bağlı bu cür faciə törədilir, 1000 nəfər yaxın insan öldürülir, Şeyxin uşaqları şəhid edilir  və İslam dünyası sükut edir?”

Ayətullah Xamenei Qərb ölkələrini özlərinə “qiblə”seçməyən İslam dünyası ziyalıları və alimlərindən istəyib ki, özləri çalışsınlar və yeni islami mədəniyyəti qursunlar. “Bu gün İslam dünyası alim və ziyalılarının ən önəmli vəzifəsi zülm, ayrıseçkilik və çirkliliklərlə dolu olan dünyaya həqiqi İslamı ciddi və mübarizcəsinə çatdırmaqdır. Bu gün növbə İslam dünyasınındır ki, elm, yeni texnologiyalar, ağıl, tədbir və gözü açıqlıq ilə “Yeni İslam Mədəniyyəti” qursunlar”

Ayətullah Xamenei deyib ki, bu gün müsəlman xalqlar sadəcə Peyğəmbərin (s) mövludunu bayram kimi qeyd etməklə kifayətlənməməlidir, bəlkə bütün gücü ilə çalışmalıdırlar ki, Yeni İslami Mədəniyyəti dünyaya çatdırsınlar.  “Yeni İslami Mədəniyyət Qərb mədəniyyətinin xalqlara sırıdığı əxlaq və mədəniyyət, insanların hüquqlarının pozulması, ərazilərin işğalı anlamına deyil, bəlkə insanlara ilahi fəzilətlərin hədiyyə edilməsi və doğru yolun seçilməsi üçün onlara şəraitin yaradılması anlamınadır”.

Ayətullah Xamenei İslam ölkələrindəki mövcud olan potensiallara o cümlədəən stratejik coğrafi mövqe, çoxlu təbii ehtiyatlar və  istedadlı işçi qüvvəsinin olduğunu xatırladıb və deyib ki,əgər bu potensiallar həqiqi islami təlimlər ilə birləşərsə İslam ümməti elm, siyasət, texnologiya və hətta ictimai sahədə yaradıcılıqlar edə bilər.

Ayətullah Xamenei deyib ki, bunu əldə etmək üçün ilk öncə hegemon ölkələrin xalqlar üzərindəki əlləri kəsilməlidir. “Əlbətdə buna çatmağın xərci var. Böyük hədəflərə xərc ödəmədən çatmaq mümkin deyil.”.

Ali Lider bildirib ki, Qərb dünyası İslam dünyasının fəlsəfə və elmindən istifadə edərək öz mədəniyyətinin əsasını qoydu. “Bu mədəniyyət yaşamaq üçün rahatlıq,  texnologiya və  sürəti ilə gözəl görsənsədə insanların xoşbəxtliyi, səadəti və ədalət üçün heç nə vermədi və öz daxilində ziddiyyətlərlə üzləşdi. Qərb mədəniyyəti zahirdə gözəl görsənsədə indi əxlaqi baxımdan pozğun, mənəvi baxımdan içi boşdur və Qərblilər özləri bu faktı etiraf edirlər”.

Ayətullah Xamenei bildirib ki, düşmən, müsəlmanlar arasında ixtilaf yaratmaqla Yeni İslami Mədəniyyətin qurulmasına mane olur. “ABŞ siyasətçilərinin danışıqlarında  şiə və sünni məsələsi gündəmə gəldiyi zaman ağıl və fikir sahiblərini narahat etdi. Ona görə ki, bilirdilər ki, Amerikalılar yeni və təhlükəli planlar cızırlar. Amerikalılar İslamla müxalifdirlər. Onların zahirdə bəzi firqələri dəstəklədikləri haqqında açıqlamalarına aldanmaq olmaz.  Amerikanın sabiq rəsmisi 11 sentyabrdan sonra səlib müharibəsi sözündən istifadə elədi və bu həqiqətdə hegemonlarla İslamın müharibəsinin başlanması deməkdir. ABŞ-ın indiki rəsmilərinin İslama müxalif olmadıqları ilə bağlı çıxışları yalandır və iki üzlülüklərindən irəli gəlir. ABŞ-ın indiki rəsmiləri də İslamla müxalifdirlər və söylədiklərinin əksi olaraq müsəlmanlar arasında ixtilaf yaratmaq istəyirlər. Buna nümunə kimi İŞİD və digər terror qruplaşmalarının ABŞ-ın siyasi dəstəiyi və ona yaxın olanların pulu ilə yaradılması və dəstəklənməsidir.  ABŞ üçün şiə və sünninin fərqi yoxdur. Onlar İslami qayda-qanunlarla yaşayan hər bir müsəlmana qarşıdırlar. Düşmənlərin məqsədi daxili  müharibələr yaratmaqdır və təssüflər olsun ki, bir azda bunu bacarıblar və ölkələri bir-birinin ardınca viran edirlər. Bu çirkli planların qarşısında sükut etmək olmaz və onunla mübarizə aparmaq lazımdır.”  
 
****
Ali lider Ayətullah Xamenei Vəhdət konfransı  iştirakçıları ilə görüşüb. 
Maide.az xəbər verir ki, Rəbiül-əvvəl ayının 17-i (dekabr ayının 29-u) Məhəmməd Peyğəmbərin (s) və İmam Cəfər Sadiq (ə) doğum günüdür.  Bu münasibətlə Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün Tehranda İmam Xomeyni (rə) adına hüseyniyyədə İran rəsmiləri,  İslam dövlətləri səfirliklərinin nümayəndələri və Məhəmməd Peyğəmbərin (s)  mövludu günü  və “Vəhdət həftəsi” münasibətilə Tehranda keçirilən "Birlik" konfransının iştirakçıları ilə görüşüb./
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru