Ayətullah Xameneidən orduaya çağırış - YENİLƏNİB-FOTO 01 Oktyabr 2015 01:00 Çıxışlar “Gücünüzü elə artırın ki, düşmən təcavüz etməyi xəyalına belə gətirə bilməsin” ** ikinci abzasdan sonra əlavə olunub Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün (cümə axşamı) İran Silahlı Qüvvələrinin zabit heyəti ilə görüşüb. Maide.az xəbər verir ki, Ayətullah Xamenei görüşdə Silahlı Qüvvələrə çağırış edib və deyib ki, gücünüzü elə artırın ki, düşmən təcavüz etməyi xəyalına belə gətirə bilməsin. Ayətullah Xamenei deyib ki, düşmən İslam Sisteminin təslim olmasını istəyir, onun qarşısında yumuşalmaqla, onların düşmənçilikləri bitməyəcək. “Zalimlər və onların əlatlılarının zülmlərinə qarşı çıxan müstəqil bir xalqın olması Hegemon rejimlər üçün dözülməzdir. Elə buna görə də həmin xalqla düşmənçilik edirlər. Flan işi görməsək, flan sözü deməsək onların düşmənçiliyinin azalacağını düşünmək yalnış düşüncədir” Ayətullah Xamenei deyib ki, İran xalqının müqaviməti 8 il müharibə dövründə təcrübə olunub və bu dünyanın gözü qarşısında önəmli bir təcrübə idi. “İslam Respublikası sistemi müstəqil bir sistemdir və İnqilabın ilk günündən indiyədək öz siyasətlərinin açıq formada bəyan edib və heç bir gücün hədəsindən və hər hansı bir gücün siyasətlərinə qarşı çıxmaqdan qorxmur” Ayətullah Xamenei deyib ki, müstəqil xalqlar və asılı olmayan hökumətlər İranın müstəqil hərəkətini alqışlayır. “Xalqlar İran xalqının müdafiə sahəsinin inkişafından sevinirlər və İslam Respublikasının xaricə səfərləri zamanı hökumətlər icazə verərsə həmin ölkənin əhalisi çox böyük sevinclə İranı dəstəkləyir və açıq şəkildə öz sevinclərini rəsmilərə göstərirlər”. / Teqlər : #Ayətullah Xameneidən orduaya çağırış YENİLƏNİBFOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xameneidən Səudiyyə Ərəbistanına sərt xəbərdarlıq Ayətullah Xamenei: `Amerika ilə danışıqlar qadağandır` Yenilənib - FOTO
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO