Ayətullah Xamenei: Amerikaınn regiondakı siyasətlərindən biri, müqavimət qüvvələrinin tam şəkildə məhvi və Suriya və İraqa yiyələnməkdir 04 Sentyabr 2015 01:00 Çıxışlar Ali Lider Ayətullah Seyyid Əli Xamenei cümə axşamı günü Rəhbərlik Xübreqanı Məclisinin sədri və üzvləri ilə görüşüb. Maide.az xəbər verir ki, İran İslam Şurası Məclisinin müştərək addım üzrə əhatəli proqramın araşdırılması məsələsinə daxil olması vacibliyini vurğulayıb və deyib ki, müştərək addım üzrə əhatəli proqramın araşdırılması, qəbul və ya rədd edilməsi tərzi barədə məclisə heç bir tövsiyəm yoxdur. Məlumata əsasən, Ayətullah Xamenei Amerika rəsmilərinin sanksiyaların çərçivəsinin qorunub saxlanılmasına dair sözlərinə münasibət bildirib və deyib ki, müzakirələrdə məqsəd, sanksiyaların götürülməsi idi. "Əgər biz müzakirələrdə bəzi hallarda güzəştə getdik və bəzi imtiyazlar verdiksə, ona görə idi ki, sanksiyalar götürülsün, əks halda malik olduğumuz on doqquz min sentrifuqanı qısa zamanda əlli-altmış min sentrifuqayadək çatdıra və zənginləşdirməni də iyirmi faizədək davam etdirə bilərdik." Ayətullah Xamenei deyib ki, Amerikaınn regiondakı siyasətlərindən biri, müqavimət qüvvələrinin tam şəkildə məhvi və Suriya və İraqa tam surətdə yiyələnməkdir və gözləyirlər ki, İran İslam Respublikası bu çərçivəyə daxil olsun, amma əsla belə bir hadisə baş verməyəcək. Ali Lider həmçinin dünyanın zalım qüvvələrinin ölkələrin başçıları, qərar çıxaranları və qərar yaradanlarına öz saxta söz və ifadələrini qəbul etdirmələri ilə bağlı mühüm cəhətləri qeyd edib: "Hegemonçuluq sisteminin lüğətində terrorizm və insan haqları kimi kəlmələrin xas mənası var. Bu lüğətdə Yəmən xalqına qarşı altı aylıq ardıcıl hücumlar və günahsız Qəzzə əhalisinin qırğın olunması terrorizm deyil və səs haqqına malik olmaq istəyinə görə, Bəhreyn xalqının yatırdılması insan haqlarının pozulması sayılmır!" Ayətullah Xamenei deyib ki, hegemonçuluq sisteminin lüğətində Livan və Fələstində Müqavimətin qanuni müdafiəsi terrorizm hesab olunur, lakin regionda müstəbid və Amerikaya yaxın ölkələrin hərəkətləri insan haqlarına zidd deyil! Ayətullah Xamenei deyib ki, bu lüğətdə sionistlərin təqribən açıq şəkildə etiraf etdikləri və bəzi Avropa ölkələrinin də bu hərəkətin dəstəklənməsindəki rollarını boyunlarına aldıqları nüvə alimlərinin terror edilmələri terrorizm sayılmır. / Teqlər : #Ayətullah Xamenei: Amerikaınn regiondakı siyasətlərindən biri,#müqavimət qüvvələrinin tam şəkildə məhvi və Suriya və İraqa yiyələnməkdir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei: Həcc İslam Ümmətinə aiddir və İslamın davamına zamindir Ali Lider: Amerika həmişə İrana zərbə vurmaq ardıncadır -(ƏLAVƏ OLUNUB)
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO