Ayətullah Sistaninin nümayəndəsi şəhid edildi

Pakistan şiə müsəlmanlarının nüfuzlu dini şəxsiyyətlərindən biri, Ayətullah Sitaninin Pakistan nümayəndəsi dünən axşam naməlum silahlıların hücumu nəticəsində şəhid edilib.
 
Maide.az xəbər verir ki, Paksitan Müsəlmanlarının Vəhdət Məclisinin üzvü olan Əllamə Məhəmməd Nəvaz dünən axşam İslamabadda silahlı hücuma məruz qalıb. O, aldığı güllə yaralarında hadisə yerindəcə dünyasını dəyişib.
 
Müsəlmanların Vəhdət Məclisinin sədri Əllamə Raca Nasir Abbas Pakistan hökumətindən cinayəti törədən şəxslərin 12 saat müddətində tapılmasını, əks halda İslamabadda etiraz aksiyaları təşkil edəcəklərini bildirib. 
 

Google+ WhatsApp ok.ru