Avstraliya höküməti ölkə vətəndaşlarını İslam haqqında daha da maariflənməyə çağırıb

31 oktyabr Avstraliyada milli məscidlər günü

Avstraliyanın Ədliyyə Naziri Mişel Kənan ölkə vətəndaşlarını məscidlərə getməklə sosial maneələri aradan qaldırmaq və İslam mədəniyyətini daha yaxşı anlamağa çağırıb.
Maide.az xəbər verir ki, Mişel Kənan dünən, 29 oktyabr ölkədə milli məscidlər günü ərəfəsində bəyanat yayaraq, ölkə vətəndaşlarını İslam və müsəlmanlar haqqında daha da maariflənməyə çağırıb.
Avstraliyada milli məscidlər günü sabah, 31 oktyabrda keçiriləcək. Bu adla bir günün həsr edilməsi yeni hökümətin təəbbüsüdür ki, ötən ildən rəsmi təqvimdə müəyyən edib.
Mişel Kənan bəyanatında bildirib: Başqa dinləri dərk etmək və tanımaq dinc yanaşı yaşama, qarşılıqlı hörmət və mədəni inteqrasiyanın məkanı olan Avstraliyanın irsinin qorunmasının mühüm bir hissəsi sayılır.
Kənan ölkədə anti-islam və məscidlərin tikilməsinə qarşı çıxışlara münasibət bildirərək deyib ki, Avstraliyada azadlıq bir vətəndaş hüququdur və ölkədə mədəni müxtəliflik dözümsüzlüklə uyğun deyil. /

Google+ WhatsApp ok.ru