Avstraliyada İslami məktəblər üçün müəllim yetişdirilmə kursları təşkil olunur

Avstraliyada İslami məktəblər üçün müəllim yetişdirilmə kursları təşkil olunur

Avstraliyada ilk dəfə olaraq universitetlərdən birində İslami məktəblərdə müsəlman şagirdlərin ehtiyacını təmin edə biləcək müəllimlərin yetişdirilməsi üçün xüsusi kurslar keçirilir.


Maide.Az IQNA-a istinadən xəbər verir ki, kurslar ilk dəfədir ki, Cənubi Avstraliya Universitetində (South Australia University) dövlətin rəsmi lisenziyası ilə magistr pilləsində təşkil edilir.

Tələbələr bu kurslarda İslam dini təfəkkürü və mədəniyyəti ilə tanış olacaq, müsəlman şagirdlərin ehtiyaclarını təmin etmək üçün tədris proqramı və bununla bağlı digər məsələləri öyrənəcəklər. Kursların məzunları İslami təlim və tədris bacarığı üzrə diplom alacaqlar.

Google+ WhatsApp ok.ru