Avropa İttifaqı Rusiyadakı səfirini geri çağırır 23 Mart 2018 02:00 Dünya -- “Skripalın işi” ilə əlaqədar Avropa İttifaqı “Skripalın işi” ilə əlaqədar Rusiyadakı səfirini geri çağırmağı qərara alıb. Maide.Az "APA"-a istinadən verdiyi xəbərə görə, bu barədə sammitdən sonra İsveçin baş naziri Stefan Leven bildirib. “Aİ-nin Rusiyadakı səfirini geri çağırmağı qərara aldıq”, - deyə Aİ Şurasının mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücuma cavab addımı olaraq 23 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair qərar verib. Londonun qərarına cavab olaraq Moskva da analoji addım atıb. Teqlər : # Avropa İttifaqı Rusiyadakı səfirini geri çağırır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəhreyn ordusu 10 şiə fəalı həbs edib Dünya əhalisinin yarısı susuzluq riski ilə üzləşəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO