Avropa səhiyyəsində bir ilk həyata keçirilir 29 Oktyabr 2018 09:53 Dünya İspaniyada xəstələrə bəzi dərman preparatlarının tibb bacılarının təyin etməsinə imkan verən dekret qəbul edilib. Maide.Az "azərtac"a istinadla xəbər verir ki, sənəd artıq bu həftə qüvvəyə minib. Bu hadisə ölkədə qripə qarşı vaksinləmə kampaniyasının başlanması ilə bir vaxta düşüb. Həkimlə razılaşdırmadan pasiyentlərə peyvənd təyin etmək tibb heyətinin yeni səlahiyyətləri sırasındadır. Yalnız sağlamlıq durumuna görə əlavə müayinə tələb olunan hallar istisna təşkil edir. Dekret oktyabrın 18-də Nazirlər Şurasında razılaşdırılıb. Orta tibb heyəti dərman preparatlarını protokol və təlimatlara tam müvafiq şəkildə təyin edəcək. Sənəd 2015-ci il tarixli əvvəlki normaların sadələşdirililməsinə və tibbi yardım göstərilməsinin daha səmərəli sisteminin yaradılmasına xidmət edir. Səhiyyə sektorunda hökumətin bu qərarı ilə heç də hamı razı deyil. Bir sıra təşkilatlar, o cümlədən həmkarlar ittifaqları, Rəsmi Tibb Kollegiyaları Baş Şurası və İspaniya Elmi-Tibb Federasiyası bu sənədlə bağlı iddia qaldırmaq imkanını nəzərdən keçirirlər. Teqlər : #Avropa,#səhiyyəsində,#bir,#ilk,#həyata,#keçirilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İndoneziyada göyərtəsində 189 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb Rusiyada küçə etirazlarında onlarla saxlanan var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO