Avropanın məscid olmayan yeganə paytaxtında məscid tikiləcək 02 İyul 2014 01:00 Dünya Sağçı partiyaların Afinada məscid tikintisinə etiraz ərizəsi təmin olunmayıb Yunanıstanın Dövlət Şurası Baş Assambleyası Afinada məscidinin tikintisini qadağan olunmasına dair şikayət ərizəsini qəbul etməyib və məscidin tikintisinə icazə verib. Maide.az-ın “World Bulletin”ə istinadən verdiyi məlumata görə, Afinada məscidin tikilməsinə verilmiş icazə Yunanıstanın bəzi sağçı partiyalarının etirazına səbəb olmuşdu və onlar məscidin tikilməsinin qarşısının alınmasına dair şikayət ərizəsi ilə Dövlət Şurasına müraciət etmişdilər. Qeyd edək ki, Afina müsəlmanları uzun illərdir bu şəhərdə məscid tikmək arzusundadırlar və onlar 8 ay öncə məscidin tikilməsi üçün lazımi icazəni ala biliblər, tezliklə məscidin tikintisi başlayacaq. Məscid Afinanın mərkəz bölgəsində tikilməsi nəzərdə tutulub. Afinada Osmanlı İmperatorluğu dövründən çoxlu məscid miras qalsa da, hazırda həmin məscidlər digər məqsədlərlə istifadə olunur. Xatırladaq ki, Afina Avropada məscidi olmayan yeganə paytaxtdır. Teqlər : #Avropanın məscid olmayan yeganə paytaxtında məscid tikiləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Nuri Həmədani də Səudiyyə Ərəbistanı rejiminə sərt xəbərdarlıq etdi ABŞ hökuməti Milli Təhlükəsizlik Agentliyinə dünyanın 193 ölkəsində casusluğa izn verdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO