Asiya-Sakit okean regionunda 486 milyon ac insan var

Asiya-Sakit okean regionunda 486 milyon ac insan var

Asiya-Sakit okean regionunda iqtisadi inkişaf olsada, hələdə 486 milyon insan aclıqdan əziyyət çəkir. 
 
Maide.Az “Associated Press”ə istinadla xəbər verir   ki,  BMT Asiya-Sait okean regionu ilə bağlı hesabat yayımlayıb. 
 
Hesabatda bildirilir ki,  bu regionda həyat üçün əsas şəraitin yaradılması və ərzaq təhlükəsizliyi istiqamətində inkişaf yoxdur.  “ Hətta Malayziyanın Kuala Lumpur və  Taylandın Banqkok kimi tanınmış şəhərlərində belə  yoxsul ailələr  övladları üçün lazimi qədər ərzaq təmin edə bilmir. Bu uzun müddətdə uşaqların inkişafına ziyan verə bilər”. 
 
Hesabata əsasən,  2017-ci ilədək Bankqkokda uşaqların  üçdə bir hissəsi əlverişli ərzaqla təmin olunmayıb.  Pakistanda  uşaqların yalnız 4 faizi minimum ərzaq payı ilə təmin olunub.
 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) regional direktoru Kundhavi Kadiresan bildirb ki, Asiya-Sakit okean bölgəsində 2030-cu ilədək  hər gün ən az 110 min nəfər aclıq təhlükəsindən xilas olunmalıdır.  
 
Hesabatda regionda içməli su probleminin də olduğu vurğulanıb və bu istiqamətdə  də önəmli addımların atılmasının zərurəti vurğulanıb.  
 

Google+ WhatsApp ok.ru