Amsterdam-Paris qatarında silah səsləri eşidilib: 3 yaralı var 22 Avqust 2015 01:00 Dünya Hollandiyanın paytaxtı Amsterdamdan Parisə səfər edən qatarda silahlı şəxs ətrafa atəş açıb. Maide.az BBC-yə istinadən xəbər verir ki, Fransa Dəmir Yolları Müəssisəsi (SNCF) tərəfindən yayımlanan açıqlamada 2-si ağır olmaqla 3 nəfəri yaraladığı bildirilir. Hadisənin qatarın Fransanın şimalında yerləşən Arras şəhəri yaxınlarından keçərkən baş verdiyi, təcavüzkarın da qatar stansiyasında polis tərəfindən yaxalandığı vurğulanır. Hücumun səbəbinin hələ müəyyən olunmadığı, Fransa Daxili İşlər naziri Bernard Cazeneuveun Arras şəhərinə gəldiyi qeyd edilir. Ədliyyə orqanları hadisəni terror kimi qiymətləndiriblər. Təcavüzkarın Mərakeş əsilli 26 yaşlı kişi olduğu bildirilir. Teqlər : #AmsterdamParis qatarında silah səsləri eşidilib: 3 yaralı var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müsəlmanlarla xristianlar arasında qanlı toqquşma Mrdindəki terrora görə 64 nəfər həbs edildi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO