Amoli Laricani İran Məsləhət Şurasının sədri təyin edilib

Amoli Laricani İran Məsləhət Şurasının sədri təyin edilib

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Məsləhət Şurasının sədri vəzifəsinə Hacı Şeyx Sadiq Amoli Laricanini təyin edib.
 
Maide.Az “ tasnimnews”a istinadən xəbər verir ki, Ayətullah Xamenei cənab Hacı Şeyx Sadiq Amoli Laricaninin Nəzarət Şurasının fəqih üzvü və Məsləhər Şurasının sədri  təyin edilməsi barədə fərman imzalayıb. 
 
“Cənab Ayətullah Hacı Şeyx Sadiq Amoli Laricani , İslam Respublikasının müqəddəs sisteminin möhkəmlənməsi, davamiyyəti və idarəsində Məsləhət Şurasının mislsiz rolunu nəzərə alaraq, mücahid alim Ayətullah Haşimi Şahrudinin vəfatı  ilə əlaqədar, eyni zamanda bu şuranın tez bir zamanda təşkilatlanmasını nəzərə alaraq Sizi Nəzarət Şurasının fəqih üzvü və Məsləhər Şurasının sədri  təyin edirəm. Uca Yaradandan diləyim budur ki, Sizə bu həssas və əhəmiyyətli məsuliyyətin öhdəsindən müvəffəqiyyətlə gəlmək üçün dəstək olmaqda davam etsin!”
 
Ayətullah Amoli Laricani indiyədək İran Məhkəmə Sisteminin rəhbəri vəzifəsini daşıyırdı. 
 
Qeyd edək ki, bu vəzifəni 2017-ci ildən vəfat edənək 2018-ci ilin dekabr ayının ortalarına kimi ayətullah  Şahrudi və 1989-cu ildən vəfat edənədək, yəni 2017-ci ilədək Ələkbər Haşimi-Rəfsəncani tutub. 
 
Xatırladaq ki, İran Məsləhət Şurası 1988-ci il fevralın 6-da təsis edilib. 
 

Google+ WhatsApp ok.ru