Amerikada müsəlman qadın 85 min dollar alacaq - hicabına görə

Amerikada müsəlman qadın 85 min dollar alacaq - hicabına görə

Kaliforniyanın Lonq-Biç şəhər administrasiyası müsəman xanım  Kirsti Puellə 85 000 dollar ödəyəcək. 
 
Maide.Az xəbər verir ki, xanım Kiristi Puell polisin zorla onun hicabını çıxartmasına dair məhkəmə işi çərçivəsində bu məbləği kompensasiya kimi alacaq. 
 
Məhkəmə işinə görə, polis xanım Kiristi Puelli və onun həyat yoldaşının avtomobilini dayandırıb. Hicablı xanımı avtomobildən düşürdərək onun hicabını açmasını tələb edib və onu məcbur edib digər insanların gözü qarşısında hicabını açsın.
 
K.Puell məhkəməyə müraciət edib və məhkəmə onun 85 min kompensasiyanın ödənilməsinə qərar çıxarıb. /

Google+ WhatsApp ok.ru