Şamaxıda kran aşdı - Xəsarət alanlar var 25 May 2020 14:39 Hadisə Şamaxı rayonunda 3 nəfər bədbəxt hadisə zamanı ağır xəsarət alıb. Maide.az xəbər verir ki, hadisə bu gün Şamaxı şəhərində qeydə alınıb. Bina inşası zamanı qaldırıcı kranın aşması nəticəsində orada çalışan usta və fəhlələrdən 3 nəfər-Şamaxı rayonu Quşçu kənd sakini, 1995-ci il təvəllüdlü Heybətov Surət İslam oğlu və Şamaxı şəhər sakinləri, 1998-ci il təvəllüdlü İsgəndərov Zaur Qüdrət oğlu, 1959-cu il təvəllüdlü Fərəcov Sərdar Şahmar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan birinin vəziyyəti ağır olduğuna görə müalicə üçün Bakıya göndərilib (apa). Teqlər : #Şamaxıda,#kran,#aşdı,#Xəsarət,#alanlar,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Güclü külək Bakıda 20 ağacı yıxıb Bakı-Şamaxı yolunda ağır qəza - 5 ölü, 2 yaralı var