Almaniyada mətbuat azadlığına dəstək aksiya keçirilib

Minlərlə Almaniya vətəndaşı Berlinin mərkəzində bir internet portalı tərəfindən gizli sənədlərin ifşası və xəyanət işinin araşdırılmasına etiraz əlaməti olaraq aksiya keçirib.
 
Maide.az xəbər veri rki, Almaniyanın Netzpolitik internet portalının tərəfdarları "mediaları qorxutmayın" məzmunlu şüarlar yazılan plakatları əllərində tutaraq bu portalın iki jurnalisti Markus Bekdal və Andre Misterin dindirilməsinə etiraz ediblər. 
İddia olunur ki, Netzpolitik cari ilin əvvəllərində məlumatları sızmış Almaniyanın 2 casusluq məlumatının detallarını yayımlayıb. 
Bu internet portalının ittiham olunan jurnalistlərindən biri Andre Mister bu iddianı puç və Netzpolitikə qarşı irəli sürülən digər ittihamlara bənzədib və deyib ki, bu hərəkət gələcəkdə ifşaçılıqların dayandırılması məqsədini daşıyır. 
İnternet portalı tərəfindən fevral ayında yayımlanan sənədlərdən biri Almaniyanın daxili gizli xidmətinin ictimai şəbəkələrdən məlumatların toplaması ilə əlaqədardır. 
Almaniyanın Daxili Təhlükəsizlik və Təhlükəsizlik Təşkilatı bu portal və onun iki jurnalistinin dindirilməsini istəyib. 
İctimai etirazın ardınca, Almaniya baş prokuroru bildirib ki, bu portalın həqiqətən xəyanət edib-etməməsi ilə əlaqədar məsələnin araşdırılmasını təhqiqatın sonuna qədər təxirə salacaq./

Google+ WhatsApp ok.ru