Ali Xəlifə rejimi Bəhreyn İnsan Haqqları Mərkəzinin rəhbərini 15 illik həbs etdi

Ali Xəlifə rejimi Bəhreyn İnsan Haqqları Mərkəzinin rəhbərini 15 illik həbs etdi

Ali Xəlifə rejimi Bəhreyn İnsan Haqqları Mərkəzinin rəhbəri Nəbil Rəcəbini 15 il həbsə məhkum edib.
 
Məlumatı Nəbil Rəcəbin xanımı Süməyyə Rəcəb mətbuata açıqlamasında bildirib. O, Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin dekabrın 22-də gecə Nəbil Rəcəbin evinə hücum edərək, onu həbs etdiklərini bildirib.
 
Bəhreyn rejimi ölkədə xalq hərəkatını yatırmaq məqsədilə müxaliflərini həbs edir, işgəncəyə məruz qoyur.
 
Bəhreynli müxaliflər bəyənat verərək, hazırda Bəhreyn həbsxanalarında siyasi ittihamlarla həbs olunanların 10 min nəfərdən çox olduğunu, bunlardan 150 nəfərinin ömürlük həbsə məhkum edildiyini, 200 nəfərin həbsxanada ağır işgəncələr nəticəsində əlil olduqlarını bildirib. (deyerler.org) /

Google+ WhatsApp ok.ru