Ali-Xəlifə rejimi fəal Əhli-Beyt (ə) ardıcıllarından 41 nəfəri həbs etdi

Ali-Xəlifə rejimi fəal Əhli-Beyt (ə) ardıcıllarından 41 nəfəri həbs etdi

 Bəhreyn İnsan Haqları Mərkəzinin həftəlik açıqladığı hesabata əsasən, iyunun 19-dan 25-nə qədər olan müddətdə fəal Əhli-Beyt (ə) ardıcıllarından 41 nəfər Ali Xəlifə rejimi tərəfindən həbs olunub.
 
Həbs olunanlar arasında 6 qadın və 4 uşağında olduğu bildirilib.
 
Hesabatda keçən digər bir məlumata görə, bir həftəlik müddət ərzində 25 müxtəlif bölgədə 59 dinc mitinqlərin də keçirdiyi bildirilib. Ancaq keçirilən mitinqlərə Ali Xəlifə rejiminin əsgərləri tərəfindən sərt müdaxilə olunub.
 
Bəhreyn İnsan Haqları Mərkəzinin verdiyi digər bir məlumatda isə, mərkəzin sədri Nəbil Rəcəb ilə olan görüşlərin də qadağan olunduğu vurğulanıb. Nəbil Rəcəbin vəziyyətinin ağır olduğu, ailəsi və vəkili də görüşməsinə icazə verilmədiyi qeyd olunub.
 
Bu arada xalqın Ali Xəlifə rejiminə qarşı olan dinc nümayişləri davam edir. Digər tərəfdən, Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımın ev həbsi davam edir. (deyerler) /

Google+ WhatsApp ok.ru