ABŞ müsəlmanları prezidentliyə namizədin üzr istəməsini tələb ediblər

ABŞ müsəlmanlarının ən iri təşkilatı olan ABŞ-İslam Münasibətləri Şurası prezidentliyə seçki kampaniyasında iştirak edən Viskonskin ştatının qubernatoru Skott Uokerin üzr istəməsini tələb ediblər.
 
Maide.az xəbər verir ki, Uoker çıxışlarının birində dünyada çox az sayda dərrakəli və mötədil İslam dininin ardıcıllarının olduğunu bildirib.  
     
ABŞ-İslam Münasibətləri Şurası rəhbərliyinin nümayəndəsi Robert Makkonun sözlərinə görə, bu cür bəyanatlar prezidentliyə namizədə yaraşmayan İslamı və müsəlmanları anlamamasını əks etdirir. 

Google+ WhatsApp ok.ru