Abşeronda partlayış olub, bir nəfər xəsarət alıb - YENİLƏNİB 19 Noyabr 2020 20:36 Hadisə Abşeronda sexdə partlayışda bir nəfər xəsarət alıb. TƏBİB-dən APA-ya bildirilib ki, hadisə nəticəsində xəsarət alan 36 yaşlı Fərrux İbrahimov təcili tibbi yardımla Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyəti stabildir. *** 17.37 Abşeronda sexdə partlayış olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya bildirib ki, partlayış Abşeron rayonu, Novxanı yolunda, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir-beton konstruksiyaların emalı sexində baş verib. Partlayış yanğınla müşahidə olunub. Hadisə yerinə cəlb olunan FHN-in Yanğından Mühafizə Bölmələrinin əməkdaşları tərəfindən hadisənin qarşısı alınıb, yanğın söndürülüb. İlkin məlumata görə, xəsarət alanlar var. Teqlər : #Abşeronda,#partlayış,#olub,#bir,#nəfər,#xəsarət,#alıb,#YENİLƏNİB, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu il Azərbaycanda yol-nəqliyyat hadisələrində 504 nəfər ölüb - CƏDVƏL Rusiyada şaxtalı siklon 100 min nəfəri işıqsız qoydu