ABŞ Əfqanıstandan da çıxacaq - İddia

ABŞ Əfqanıstandan da çıxacaq - İddia

Suriyadakı əsgərlərini geri çəkəcək ABŞ-ın Əfqanıstandan da çıxacağı iddia edilib.
 
Maide.Az “Habertürk”ə istinadən xəbər verir ki, bu iddianı ABŞ mətbuatı ortaya atıb.
 
Hazırda Əfqanıstanda 14 mindən çox əsgəri olan ABŞ-ın onlardan 7 min nəfəri geri çəkəcəyi bildirilir.
 
Məsələ ilə bağlı hələlik ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) münasibət bildirilməyib.
 
Qeyd edək ki, Trampın Suriya ilə bağlı qərarı ABŞ-da birmənalı qarşılanmayıb və Pentaqon rəhbəri Cim Mettis vəzifəsindən gedcəyini açıqlayıb.

Google+ WhatsApp ok.ru