ABŞ-ın Texas ştatında müsəlmanlara dəstək aksiyası keçirilib

ABŞ-ın Texas ştatında müsəlmanlara dəstək aksiyası keçirilib

ABŞ-ın Texas ştatında Houston şəhərində yaşayan bir qrup qeyri-müsəlman sakinlər müsəlmanlara dəstək üçün aksiya təşkil ediblər. 
 
Maide.Az xəbər verir ki, Houston şəhər məscidinin qarşısında toplaşan insanlar son vaxtlar ABŞ-da müsəlmanlar və onların inanclarına qarşı mənfi atmosfera  yaradılmasına etiraz ediblər.
Cümə günü təşkil olunan bu aksiyada aksiya iştirakçıları  cümə namazında toplanmış müsəlmanlarla görüşüb və onlarla söhbətləşiblər. Etirazçılar həmçinin əllrəində üzrəində  “Sizin burda olmağınızdan məmnunuq”, “Biz hamımız Amerikalıyıq” kimi şüarlar yazılmış plakartlar daşıyıblar. 
 

Google+ WhatsApp ok.ru