ABŞ-ın hərbi attaşesi Rusiya Müdafiə nazirliyinə çağırılıb 08 Aprel 2017 01:00 Dünya ABŞ səfirliyinin hərbi attaşesi Rusiya Müdafiə nazirliyinə çağırılıb. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib. “Bu axşam ABŞ-ın hərbi attaşesi Rusiya Müdafiə nazirliyinə çağırılıb. ABŞ tərəfinə bildirilib ki, Rusiya aprelin 8-dən etibarən iki ölkə arasında Anlaşma Memorandumu çərçivəsində öhdəliklərini dayandırır”, deyə İ.Konaşenkov qeyd edib. Rusiya Müdafiə nazirliyi həmçinin Pentaqonu Suriyada hava insidentlərinin qarşısının alınmasına dair qaynar xətt kanallarının işinin dayandırılması barədə məlumatlandırıb. Teqlər : #ABŞın hərbi attaşesi Rusiya Müdafiə nazirliyinə çağırılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nigeriya parlamentinin qarşısında Şeyx Zəkzakinin azadlığı tələb olundu Gürcüstanda “Halal” kəsimə nəzarət komissiyası yaradıldı - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO