ABŞ-ın dövlət katibinin müavini Asiya ölkələrinə səfər edəcək 16 İyul 2021 12:02 Dünya ABŞ-ın dövlət katibinin müavini Vendi Şermən Asiya ölkələrinə səfər edəcək. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, V.Şermən tezliklə Yaponiya, Cənubi Koreya və Monqolustana səfər edəcək. ABŞ Dövlət Departametninin ofisindən verilən məlumata görə, səfər 18-25 iyul tarixində baş tutacaq. Səfər çərçivəsində Amerika və bu ölkələr arasında iki tərəfli əlaqələr və müştərək problemlərin həlli yolları müzakirə ediləcək. Qeyd edək ki, V.Şermənin Asiya ölkələrinə səfər çərçivəsində Çin rəsmiləri ilə də görüşü planlaşdırılırdı. Lakin Çin hökuməti, Vaşinqtonun Pekinə qarşı son sanksiyalarından sonra nümayəndəsinin ABŞ dövlət katibininin müavini Vendi Şermənlə görüşməsi üçün verdiyi icazəni ləğv edib. Çin hökuməti bildirib ki, xarici işlər nazirinin müavini Lu Yucheng-in ABŞ dövlət katibinin müavini Vendi Şermənlə görüşünə mane olacaq. Teqlər : #ABŞın,#dövlət,#katibinin,#müavini,#Asiya,#ölkələrinə,#səfər,#edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Küfənin məzlum qəribi Müslim ibn Əqilin hərəmində qara bayraqlar asıldı - FOTO Çin və Suriya arasında bir neçə əməkdaşlıq sazişi imzalanacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO