ABŞ-la Çin arasında ticarət müharibəsi yenidən başlaya bilər 01 May 2020 09:12 Dünya ABŞ prezidenti Donald Tramp bəyan edib ki, rəsmi Vaşinqton koronavirusla bağlı Çin mallarının idxalına əlavə rüsumlar tətbiq edə bilər. Ağ Evin liderinə “ABŞ hökuməti koronavirusla bağlı cəza tədbiri kimi Çinə olan borc öhdəliklərini yerinə yetirməkdən imtina edə bilərmi?” sualına cavabında Tramp bunun başqa şəkildə edilə biləcəyini qeyd edib: “Daha böyük miqdarda pul qazanmaq üçün əlavə rüsumlar tətbiq edilə bilər”. Tramp həmçinin, ABŞ-ın Çinə olan 1 trilyon ABŞ dolları həcmində olan borcunu qaytarmamaqla hədələyib. Qeyd edək ki, ABŞ hökümətinin borclanmaq üçün buraxdığı borc qiymətli kağızların 1 trilyon ABŞ dollarını məhz Çin tərəfindən alınıb və Çin hər il bu qiymətli kağızlara investisiya edir, yəni ABŞ Çin qarşısında borclanır. /Report Teqlər : #ABŞla,#Çin,#arasında,#ticarət,#müharibəsi,#yenidən,#başlaya,#bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Afrika təkcə keçən il 105 fərqli epidemiya ilə mübarizə aparıb 'OPEC+' ölkələri tarixdə ən geniş miqyaslı neft hasilatı azaldılmasına başladı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO