ABŞ-da yaşayan müsəlman əhalinin 71 faizi Trampa səs verməyəcək 08 Oktyabr 2020 09:07 Dünya ABŞ-da yaşayan müsəlman əhalinin 71 faizi noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident seçkisində Demokrat partiyasının namizədi Cozef Baydenə səs vermək fikrindədir. Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, bu ölkənin ən böyük müsəlman qeyri-hökumət təşkilatlarından biri olan Amerika-İslam Əlaqələri Şurasının (CAIR) müsəlman seçicilər arasında keçirdiyi rəy sorğusunun nəticələrinə görə, fikri öyrənilənlərin yalnız 18 faizi Donald Trampa səs verəcəyini bildirib. Müsəlmanların 71 faizi isə seçkidə Cozef Baydeni dəstəkləyəcəyini ifadə edib. Bu dini qrupdan olan seçicilərin 11 faizi isə səsvermədə iştirak etməyəcəyini qeyd edib. Rəy sorğusunun nəticələrini dəyərləndirən CAIR-in Hökümətlə Ələqələr üzrə direktoru Robert Makoy bildirib: "Bu sorğu göstərir ki, müsəlmanlar 2020-ci ildə keçiriləcək prezident seçkisində 2016-cı illə müqayisədə daha böyük fəallıq nümayiş etdirəcəklər. Odur ki, hər iki siyasi partiya seçkilərdə həm sosial-liberal, həm də mühafizəkar müsəlmanların səsini qazanmaq üçün daha çox iş görməlidir". Teqlər : #ABŞda,#yaşayan,#müsəlman,#əhalinin,#faizi,#Trampa,#səs,#verməyəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanın Tarut adasında İmam Hüseynin (ə) Ərbəini anıldı - FOTO Əfqanıstandakı ABŞ əsgərləri 2,5 minədək azaldılacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO