ABŞ-da polis mitinqlərdə 6 nəfəri həbs edib

Amerikada son zamanlarda xalqa qarşı polisin törətdiyi cinayətlərə qarşı etirazlar artarkən Çikaqo polisi irqçilik əleyhinə keçirilən etiraz aksiyasında ən azı 6 nümayişçini həbs edib.
 
Maide.az yerli mediaya istinadən xəbər verir ki, polisin nəzarətə götürdüyü adamların sayı 6-dan çoxdur.
 
Nümayişçilərin son aylarda polis tərəfindən öldürülən zəncilərin şəkilləri əks olunmuş plakatları daşıdıqları diqqət çəkib. Onlar Amerika rəhbərliyindən polisin zorakılığına son verməsini istəyiblər.
 
Bu arada irqçiliyə etiraz məqsədi ilə Amerikanın digər bir çox yerlərində də nümayişlərin keçirildiyi bildirilir.

Google+ WhatsApp ok.ru