ABŞ-da Hindistan müsəlmanlarına qarşı zorakılıqlar əleyhinə aksiyalar keçirilib 02 Mart 2020 10:21 Dünya ABŞ-ın müxtəlif ştatlarında müsəlmanlara qarşı ayrıseçkilik siyasətinin əleyhinə kütləvi aksiyalar təşkil olunub. Maide.Az "aljazeera"a istinadla xəbər verir ki, söhbət Hindistanda müsəlmanların öldürülməsi, eyni zamanda vətəndaşlıqla bağlı qəbul oluna yeni qanundan gedir. Etirazçılar ifratçı buddistlər tərəfindən 40 –dan çox müsəlmanın öldürülməsi, və yüzlərlə şəxsin yaralanmasına Hindistan hökumətinin göz yummasını kəskin qınayıblar. Eyni zamanda yeni qəbul olunmuş vətəndaşlıq haqqında qanuna görə, müsəlmanlar qarşısında bir sıra maneələrin yaradılması və ayrıseçkilik siyasəti pislənilib. ABŞ-ın müxtəlif ştatlarında Hindistan konsulluqları qarşısında təşkil olunan aksiyalarda müsəlmanlarla yanaşı digər dinlərin nümayəndələri də iştirak ediblər. Etirazın əsas şüarları “Ayrıseçkiliyə son”, “insanların öldürülməsi” dayandırılsın və s. kimi olub. Qeyd edək ki, Hindistanda vətəndaşlıq haqqında qanuna dəyişikliklər edilib. Qanuna görə buddistlər, saklar, caynlar, xaçpərəstlər, hindular müəyyən şərtlər çərçivəsində bu ölkəyə köçə və vətəndaşlıq ala bilərlər. Lakin bu sənəd müsəlmanlar üçün belə yaşıl işıq yandırrmır.Bu da ölkədə yaşayan 200 milyon müsəlmanı ikinci dərəcəli vətəndaşa çevirir və ya onları ölkədən çıxmağa vadar edir. Vətəndaşlıq haqqında qanuna edilən bu düzəlişdən sonra, hakimiyyət müsəlmanları hər hansı bir bəhanə ilə həbs və sürgün edə bilir. Bu da dünyanın bir çox ölkələrində narahatçılıq yaratmış və etiraza səbəb olmuşdur. Xatırladaq ki, ötən həftə Hindistanın paytaxtı Nyu Dehlidə vətəndaşlıq haqqında qanun tərəfdarları ilə əleyhdarları arasında qarşıdurmalar baş vermiş, iğtişaşlar nəticəsində müsəlmanların evləri, mağazaları və məscidləri dağıdılmış, 42 nəfər öldürülmüş və yüzlərlə insan yaralanmışdır. Teqlər : #ABŞda,#Hindistan,#müsəlmanlarına,#qarşı,#zorakılıqlar,#əleyhinə,#aksiyalar,#keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tacikistanda parlament seçkiləri başa çatıb AZAL Bakı-Almatı aviareysi üzrə uçuşlara başlayır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO