ABŞ-da daha bir səs-küylü qətl: AİLƏ QƏTLƏ YETİRİLİB YANDIRILDI 16 May 2015 01:00 Dünya ABŞ-ın paytaxtı Vaşinqtonda iri inşaat şirkətinin rəhbəri ailə üzvləri ilə birlikdə qətlə yetirilib. “American Iron Works” şirkətinin başçısı 46 yaşlı Savvas Savopulos, onun həyat yoldaşı Emi Savopulos, 10 yaşlı oğlu Filipin və 57 yaşlı qadın qulluqçunun meyitləri yaşadıqları evdə aşkarlanıb. Qətldən sonra ev yandırılıb. Ailənin yaşadığı villa Vaşinqtonun şimal-qərb hissəsində, vitse-prezident Cozef Baydenin iqamətgahı yaxınlığında yerləşir. Polisin məlumatına əsasən, ailəyə məxsus “Porsche” markalı avtomobil yandırılmış vəziyyətdə Merilend ştatında aşkarlanıb. Bildirilir ki, “American Iron Works” şirkəti inşaat materiallarının istehsalı və tikinti- montaj işləri ilə məşğuldur. Teqlər : #ABŞda daha bir səsküylü qətl: AİLƏ QƏTLƏ YETİRİLİB YANDIRILDI, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İrəvanda zavod işçilərinin etiraz aksiyası davam edir Fələstinliləri İsrail qarşısında birliyə çağırış
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO