‘Qərbin terroru ‘silahlı hücum‘ adlandırması vəhşi batininin göstəricisidir’ - Ayətullah Xamenei (FOTO) 21 Mart 2019 18:59 İslam lideri Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei bu gün İranın Məşhəd şəhərində İmam Rza (ə) ziyarətgahında on minlərlə zəvvar və ətraf şəhərlərdən gələn insanların qarşısında çıxış edib. Maide.az xəbər verir ki, çıxışı zamanı Ayətullah Xamenei yeni günəş ilini (1398) imkanlar və problemlərin həlli ili adlandırıb. “Əlbətdə bəziləri başqa cür düşünür və hədələyirlər. Bilərəkdən ya bilməyərəkdən bu xalqın düşmənlərinin təsiri altına düşüblər. Ekspertlərdən bəzisi yeni ili hədələr ili kimi dəyərləndirir. Lakin mən bunu qəbul etmirəm və yeni ili imkanlar və problemlərin həlli ili kimi görürəm.” Ayətullah Xamenei qeyd edib ki, ötən ildə düşmənlər səs-küy salırdılar və çalışırdılar qorxu yaratsınlar. “Bir nömrəli axmaqlardan biri deyirdi ki, ABŞ əgər Hərtərəfli Birgə Fəaliyyət Planından çıxarsa İranda üsyan olacaq. Xalq yeməyə çörək ala bilməyəcək. Başqa bir axmaq isə deyirdi ki, 2019-cu ilin yeni il bayramını amerikalılar Tehranda keçirəcək”. Ölkənin əsas probleminin iqtisadi çətinliklər və insanların dolanışığının aşağı olması olduğunu bəyan edən Ayətullah Xameni bildirb ki, bunun bir hissəsi ABŞ və Avropanın sanksiyalarından qaynaqlanırsa, bir hissəsi də ölkə daxilindəki nöqsanlar və idarəetmədəki zəifçilikdən irəli gəlir. “Sanksiyalar bir fürsət ola bilər. Bundan başqa nöqsanları və zəif yerləri görməklə gələcək illərdə idarəetməni daha da yaxşılaşdırmaq üçün dəyərli təcrübə əldə etmiş olarıq. Ona görə bunların hər ikisini yeni fürsət və imkana çevirə bilərik”. Ayətullah Xamenei bildirib ki, biz sanksiyalara görə nalə etməməli və sanksiya tətbiq edənlərdən də çox şey gözləməməliyik. “Sanksiyalarla mübarizə layihələrini ciddi şəkildə icra etməliyik. Biz düşməni məğlub etməklə yanaşı önləmə işlərimizi də görməliyik. Bəzən düşməni məğlub edirsiz lakin düşmən yenidən hücuma keçmək üçün fürsət axtarır. Bunun faydası yoxdur. Biz özümüzü elə bir yerə çatdırmalıyıq ki, onların qarşısını önləsin. Düşmən hiss etsin ki, daha ölkəmizə iqtisadi məsələlərlə zərbə vura bilməyəcək.” Qərb ölkələrinin yardımına göz dikməməyin zərurətindən danışan Ayətullah Xamenei bildirib ki, Qərb ölkələri göstərib ki, onlardan xəyanət, çirkli plan və arxadan xəncər zərbəsi gözləmək olar amma onlardan yardım və sədaqət gözləmək olmaz. “Əlbətdə ölkədə bəziləri Qərbi bəzəyir və qoymurlar ki, ölkə ictimaiyyəti bu dövlətlərin nə qədər pis olduqlarını görsün.” Ayətullah Xamenei bildirib ki, mənim bu sözümün anlamı bu deyil ki, qərb ölkələri ilə əlaqəni kəsmək lazımdır. Mən həmişə müxtəlif dövrlərdə həmin ölkələrlə əlaqələri inkişaf etdirməyə təşviq etmişəm lakin onlara etimad etmək olmaz və onların arxasıyca getmək olmaz. Ayətullah Xamenei bildirib ki, Qərb ölkələri və ABŞ bu nəticəyə gəlib ki, əgər İran xalqı nəyisə iradə etsə onu əldə edəcək. “Onlar İran xalqının iradəsini zəyiflətməyə çalışır . Bu səbəbdən milyardlarla dollar xərcləyir ki, ölkə xalqının imanını və iradəsini zəiflətsin. İslami Cəmiyyətin formalaşmasının qarşısını almağa çalışırlar”. Ayətullah Xamenei ölkə büdcəsinin neftdən asılılığını təbii ehtiyatlardan milli gəliri azaltmaqla mümkün olduğunu vurğulayıb və qeyd edib ki, bu İran və oxşar ölkələrdə tək məhsul ixracatından və neftdən asılılıqdan qurtara bilər və İranın ən böyük iqtisadi problemini həll edə bilər. Müdafiə sahəsində İranın region ölkələri arasında güclü bir dövlət olduğunu qeyd edən Ayətllah Xamenei bildirib ki, düşmənlərimizin acığına müdafiə gücümüzü daha da möhkəmləndirəcəyik. “Düşmənlərimiz bilir ki, İslam Respublikası dəqiq hədəfi vuran raketlərlərlə bu regionda hər bir düşmənlə mübarizə apara bilər və onu məhv edər” Səudiyyə Ərəbistanını zalım, pozucu və zülmkar ölkə adlandıran Ayətullah Xamenei bildirib ki, mən Səudiyyə Ərəbistan dövləti kimi pis bir dövlət tanımıram. “Elan ediblər ki, bu ölkə üçün nüvə stansiyası və raket istehsalı mərkəzləri tikəcəklər. Orda bu işləri görməyin problemi yoxdur çünki Qərb ölkələrinə bağlı və asılı bir ölkədir. Hələ ki, yalnız elan ediblər, lakin əgər Səudiyyə Ərəbistanında nüvə stansiyası və raket istehsalı mərkəzi tiksələr narahatçılığımız yoxdur, yaxın gələcəkdə bu mərkəzlərin hər ikisi İslam Mücahidlərinin əlinə keçəcək.” Yeni Zellandiyada baş vermiş terror hadisəsi və 50-dən çox müsəlmanın şəhid olmasından danışan Ayətullah Xamenei bildirib ki, bunun adı terror deyilmi? Avropalılar və onların KİV-ləri bunu terror adlandırmaqdan yayındılar. Bu terrora silahlı hücum adı verdilər. Qərb ölkələrinin marağında olan bir şəxsə qarşı hansısa hərəkət olarsa orada terrorizm və insan haqlarından dəm vururlar, lakin bu açıq – aşkar terror hücumunu isə terror adlandırmırlar. Bu onların vəhşi batininin göstəricisinə bir nümunədir. Bunlar belədirlər. Teqlər : #‘Qərbin,#terroru,#‘silahlı,#hücum‘,#adlandırması,#vəhşi,#batininin,#göstəricisidir’,#Ayətullah,#Xamenei,#(FOTO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei Novruz bayramını qeyd edən bütün xalqları təbrik edib Ayətullah Xamenei seldən əziyyət çəkən ailələrə ev əşyaları hədiyyə edib
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB