Ayətullah Xamenei seldən əziyyət çəkən ailələrə ev əşyaları hədiyyə edib

Ayətullah Xamenei seldən əziyyət çəkən ailələrə ev əşyaları hədiyyə edib

Ayətullah Xamenei seldən əziyyət çəkən 10 min ailəyə ev əşyaları hədiyyə edib. 
 
Maide.Az xəbər verir ki, Lorestan əyalətində  seldən əziyyət çəkən 10 min ailəyə  ev əşyaları  Ali Rəhbər Ayətullah Xamenei tərəfindən hədiyyə olunub. “Həmin ailələrə təqdim olunan  hədiyə paketində soyuducu, ocaq peçi,  qab-qaşıq,  xalça, və s. əşyalar yer alıb.”
 
Qeyd edək ki,  Lorestan əyalətinin Xürrəmabad şəhəri də daxil olmaqla, bir çox bölgələrində vəziyyət kritik həddədir. Sel və daşqınlar çox sayda insana ziyan vurub.  
 
Xatırladaq ki, Ali Rəhbər Ayətullah Xamenei bundan iki gün öncə də Gülüstan əyalətində seldən əziyyət çəkən 4 min ailəyə ev əşyaları və 4000 min baş  mal-qara hədiyyə etmişdi. 
 

Google+ WhatsApp ok.ru