“Boinq”dən çarəsiz açıqlama: “Ticarət müharibəsi...”

“Boinq”dən çarəsiz açıqlama: “Ticarət müharibəsi...”

-- Şirkət hər iki dövləti addımlarında diqqətli olmağa çağırıb

ABŞ və Çin arasındakı ticarət müharibəsi dünyadakı aviasənayeyə zərər vuracaq.
 
Axar.az xəbər verir ki, bu barədə bəyanatı “Boinq” şirkəti yayıb. Şirkət hər iki dövləti addımlarında diqqətli olmağa çağırıb.
 
Qeyd edək ki, ABŞ Çin məhsullarına qarşı əlavə rüsum tətbiq edib. ABŞ Prezidenti Donald Tramp Çini ABŞ-ın intellektual mülkiyyətini oğurlamaqda ittiham edib.
 
“Boinq” şirkəti isə Çin bazarını itirəcəyindən və buranı Avropanın “Eyrbus” şirkətinin tutacağından narahatdır.
 

Google+ WhatsApp ok.ru