Ənsarullah baş katibi Trampın Səudiyyə səfərinə münasibət bildirib

Ənsarullah baş katibi Trampın Səudiyyə səfərinə münasibət bildirib

Yəmənin Ənsarullah hərəkatının baş katibi Əbdülməlik Bədrəddin Husi ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına gəlməsinin məqdəsinin Ərəb ölkələrini parçalamaq olduğunu bildirib.
 
Tramp və administrasiyasının Səudiyyə Ərəbistanına həyata keçirdiyi səfər münasibətilə Yəmənin paytaxtı Sənada dünən çoxlu sayda ölkə vətəndaşı "Yəmənə qarşı amerikan terrorizminə yox" başlığı altında keçirilən aksiya keçiriblər.
 
Ənsarullah baş katibi tədbirdə nümayişçilərə xitabən verdiyi açıqlamada Trampın Səudiyyə Ərəbistanına ABŞ və İsrailin Ərəb ölkələrini bölməyə dair planını həyata keçirmək üçün Ərəb ölkələrinin dəstəyini qazanmaq məqsədilə gəldiyini bəyan edib.
 
Əbdülməlik Husi, Ər-Riyad zirvəsi ni sionist İsrail rejiminin hədəfləri istiqamətində keçirilən bir görüş kimi qiymətləndirib, Ərəb və İslam ölkələrinin parçalanmasının İsrailin üzərindəki təhlükələrin aradan qaldırılması məqsədilə keçirildiyini qeyd edib. (islaminsesi)
 

Google+ WhatsApp ok.ru