“Araz” hotelinin söküntüsündə xəsarət alanlar olub 24 Dekabr 2016 02:00 Hadisə Dünən Bakının Yusif Səfərov küçəsində “Araz” hotelinin söküntü işləri aparılan zaman bitişik binada yerləşən şirkətin əməkdaşları xəsarət alıb. Fəhlələr həmin şirkətin əməkdaşlarını iş yerini tərk etmələri barədə xəbərdar etməyiblər və hotel binasının daşıyıcı divarlarını sökməyə başlayıblar. Bu, qonşu binanın da divarının uçmasına səbəb olub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət almış qadınlardan biri xəstəxanaya çatdırılıb. (virtualaz.org) / Teqlər : #Araz hotelinin söküntüsündə xəsarət alanlar olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Balakəndə ev yanıb, iki yaşlı körpə ölüb Buzlu yol qəzaya səbəb oldu - VİDEO/FOTO