“Dini motivlər əsasında şeirlər” müsabiqəsi elan edilib

Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Dini motivlər əsasında şeirlər” müsabiqəsi elan edir.
 
Bu barədə "Report"a Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətindən bildirilib.
 
Müsabiqə səmavi kitabların gənclər arasında düzgün təbliğinə, müqəddəs kitablardan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etməyə xidmət edir. Elan edilən müsabiqə müqəddəs kitablar haqqında gənclərin düşüncə və təsəvvürlərinin daha da dərinləşməsinə yardımçı olacaq.
 
Müsabiqənin şərtlərinə görə təqdim edilən şeirlərin ideyası səmavi kitabların - "Tövrat", "Zəbur", "İncil", "Quran" motivləri əsasında yazılmalıdır. Hər bir şəxs yalnız bir şeir təqdim edə bilər.
 
İyulun 6-da şeirlərin qəbulu üçün son gündür.
 
Yaş məhdudiyyəti qoyulmayan müsabiqədə üç əsas mükafat nəzərdə tutulub. Birinci yer üçün 700, ikinci yer üçün 500, üçüncü yer üçün 300 manat ayrılıb. /

Google+ WhatsApp ok.ru