Ərəb və İslam ölkələrinin rəhbərləri Beyrutda baş verən teraktlara reaksiya veriblər

Beyrutun cənubunda yerləşən Borc əl-Bəracene məhəlləsində cümə axşamı günü baş verən iki intiharçı partlayışa müxtəlif Ərəb və İslam ölkələrinin rəhbərləri kəskin reaksiya veriblər.
Maide.az xəbər verir ki, Livan sünnülərinin baş müftisi Əbdüllətif Dəryan dünən gecə Beyrutda baş verən insidenti pisləyərək, bildirib: Terror hadisələrinin insanlıqla, İslamla və digər dinlərlə heç bir əlaqəsi yoxdur.
Livan Parlamentinin sədri Nəbi Bəri, baş nazir Tamam Salam, Əməl hərəkatı və Livanın digər nazirləri və görkəmli şəxsləri ayrıca müraciət ünvanlayaraq, Beyrut şəhərində dünən gecə baş verən iki şiddətli partlayışı kəskin psiləyiblər.
Livanın Hizbullah hərəkatının siyasi məsələlər üzrə müavini Hüseyn Xəlil Beyrutun cənubundakı Zaheye rayonunda baş verən bu terror cinayətini pisləyərək, terroristlərlə müübarizənin davam etdirilməsini vurğulayıb.
Fələstin Azadlıq Xalq Cəbhəsi bu terror aktını piskləməklə bildirib ki, bu addımda məqsəd, Fələstin problemini Ərəb və İslam vicdanından silməkdir.
Həmas hərəkatı da Livan xalqına qarşı törədilən bu cinayəti pisləyərək, həlak olanların ailələrinə, bütün siyasi rəsmi, partiya və milli qruplara hadisə ilə bağlı başsağlılı verib.
əl-Əzhər Universitetinin rektoru Əhməd əl-Təyyeb də bəyanat yayaraq, partlayışları pisləmiş və Livan xalqını, dini və milli qrupları ölkənin ərazi bütövlüyünü hədəfə alan təxribatların qarşısında durmağa çağırıb./

Google+ WhatsApp ok.ru