Ərəbistan xalqı Şeyx Nimrlə həmrəliyik aksiyası keçirdi

Maide.az-ın məlumatına görə, Ərəbistanın şərqində Qətif şəhərinin əhalisi tanınmış şiə ruhanisi Şeyx Nimr Baqir əl-Nimrlə həmrəyliyi elan etmək üçün aksiya keçirib və onun Ali-Səud həbsxanasından azad olunmasını tələb edib. 
 
Səudiyyə məhkəməsi Şeyx Nimr Baqir əl-Nimri ictimaiyyətdə ayrıseçkilik və ədalətsizliyin aradan qaldırılması, azadlıq və demokratiyanın əldə olunması və Ərəbistana hakim struktur orqanlarında dəhşətli korrupsiya ilə mübarizənin aparılması üzrə xalqın tələblərini dəstəklədiyinə görə, edama məhkum olunub. 
 
Bu qərar daxili və xarici səviyyədə etirazlara səbəb olub. 
 
Ali-Səud rejimi hərbçiləri 2012-ci il iyul ayında Şeyx Nimr Baqir əl-Nimri yaraladıqdan sonra onu həbs ediblər.

Google+ WhatsApp ok.ru