Əbdülməlik əl-Husidən Yəmən xalqına müraciət: `Xalqın silahlanmasını istəyirəm` 23 Mart 2015 02:00 Dünya Maide.az xəbər verir ki, Əbdülməlik əl-Husi Yəməndəki son terror aktlarının arxasında ABŞ və İsrailin olduğunu vurğulayaraq belə deyib: "Səudiyyə Ərəbistanı və Qətər, Yəmən xalqı əleyhinə qurulan sui-qəsd nəzəriyyələrinin maliyyələçiləridir. O, Yəmən xalqının media, iqtisadi və təhlükəsizlik baxımından çox böyük bir hücumla qarşı-qarşıya olduğunu vurğulayıb. Səudiyyə Ərəbistanı və Qətər əllərində saxladıqları media karteli sayəsində törətmiş olduqları cinayətləri ört-basdır edərək, həqiqətləri gizlətməyə çalışırlar, lakin işləmiş olduqları cinayətlər onların əsl üzünü ortaya çıxarır. Ərəbistan və Qətər cinayətləri sayəsində Yəmən xalqının təslim olaraq, zəlil vəziyyətə düşməsini istəyirlər, amma onu yaxşı bilməlidirlər ki, yuxularında da belə bir şey görməyəcəklər." Ənsarullah Hərəkatı lideri Yəməndə tərəflər arasında davam etdirilən siyasi müzakirələrin nəticə verməməsini belə dəyərləndirib: "Söhbəti davam etdirən tərəflər arasında ilk həftədə razılıq əldə oluna bilərdi, ancaq qarşı tərəf ölkədəki qarışıqlığın davam etməsini və beləliklə, Yəmən xalqına daha böyük zərbələr endirməyi planlaşdırırdı. Düşmənlərimiz Yəmənin fərari prezidenti Mənsur Əl Hadi və Əl-Qaidə terror təşkilatıyla əməkdaşlığa gedərək, Yəmənə və Yəmən xalqına çox böyük zərər vermək istəyir. BMT Təhlükəsizlik Şurası cinayəti törədən cəlladlarla əməkdaşlıq içərisindədir, BMT Təhlükəsizlik Şurası terrorçuları pisləmək əvəzinə, terror hadisələrinin qurbanlarını hadisələrin günahkarı kimi göstərir." Əl-Husi çıxışının davamında Əl-Qaidə və İŞİD kimi terror fəaliyyəti aparan təşkilatların bölgədə qanlı aksiyalar keçirmələrinə və hər hansı bir bayraq altında toplaşmalarına heç vaxt imkan verməyəcəklərini deyib. Əbdülməlik əl-Husi çıxışının sonunda, "mən Yəmən xalqından hərbi baza və qarnizonlara gedərək silahlanmasını və Yəmən əleyhinə çalışan və fəaliyyət aparan insanların gerçək kimliklərini ifşa etmələrini istəyirəm", - deyib. Teqlər : #Əbdülməlik əlHusidən Yəmən xalqına müraciət: `Xalqın silahlanmasını istəyirəm`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT-nin mənzil-qərargahında yanğın olub Bəhreyn Ordusuna Türkiyə istehsalı zirehli texnika verilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO