Əhməd Davudoğlu Türkiyə-Ermənistan sərhədinin açılması üçün şərtini dedi

Maide.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ölkənin baş naziri Əhməd Davudoğlu Türkiyə-Ermənistan sərhədinin açıqlaması barədə sensasion açıqlama verib. Belə ki, ölkədə yaşayan dini azlıqların təmsilçiləri ilə görüşdə Davudoğlu bildirib ki, Ermənistan Azərbaycanın işğal etdiyi rayonlarından birini geri qaytararsa, o zaman Türkiyə sərhədi aça bilər. 

Qeyd edək ki, əvvəllər Türkiyə hökuməti sərhədlərin açılması üçün Azərbaycan torpaqlarının işğaldan azad edilməsi şərtini səsləndirirdilər. 

Google+ WhatsApp ok.ru