Əhməd Davudoğlunun avtomobil karvanı Bağdadda qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb 21 Noyabr 2014 02:00 Dünya Türkiyənin baş naziri Əhməd Davudoğlunun avtomobil karvanı İraqın paytaxtı Bağdadda qəzaya uğrayıb. Maide.az-ın Türkiyənin "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, kortej Bağdad Beynəlxalq Hava Limanından şəhər mərkəzinə yollanarkən, avtomobil karvanında olan nəqliyyat vasitələrindən biri idarəetməni itirib, nəticədə qəza baş verib. Qəza nəticəsində iki nəfər – türkiyəli ofisiant Loğman Candemir və iraqlı sürücü xəsarət alıb xəsarət alıb. Nazirin səhiyyə xidməti xəsarət alanlara ilkin təcili tibbi yardım göstərdikdən sonra onlar İbn Sina Xəstəxanasına yerləşdirilib. Türkiyənin baş nazir Əhməd Davudoğlu iraqlı həmkarı Heydər Əl Ibadi ilə birgə mətbuat konfransından sonra yaralıları xəstəxanada ziyarət ediblər. Xəsarət alanlar daha sonra tibb təyyarəsi ilə Bağdaddan Ankaraya gətirilərək Ankara Atatürk Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralıların vəziyyətinin nəzarət altında olduğu bildirilir. Teqlər : #Əhməd Davudoğlunun avtomobil karvanı Bağdadda qəzaya uğrayıb,#2 nəfər xəsarət alıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Myanma dövlətinin müsəlmanlara qarşı yeni siyasəti Kerri və Zərif Vyanada görüşür
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO