Ərəbistan Şeyx Nəmrin məhkəmə prosesi ilə bağlı məlumatlara senzura tətbiq edir

 Ərəbistan rəsmiləri tanınmış şiə ruhanisi Şeyx Nəmr Baqir Ən-Nəmrin məhkəmə prosesi ilə bağlı xəbərlərə kəskin senzura tətbiq edir.
 Maide.az-ın Livanın Əl-Əhd xəbər portalına istinadən məlumatına əsasən, Ərəbistan rəsmiləri belə qərara gəliblər ki, bundan sonra hazırda həbsdə saxladıqları şiə alim Şeyx Nəmr Baqir Ən-Nəmrin məhkəmə prosesi ilə bağlı xəbərlərə sərt senzura qoyulsun.
Həmin məlumata əsasən, Ərəbistan rəsmiləri şiə ruhaninin vəkili olan Sadiq Əl-Cobrana da Şeyx Nəmrin son məhkəməsi ilə bağlı dəyişikliklər haqda mediyaya açıqlama verməsinə icazə verməyiblər.
Ali Səud rejimi tərəfindən həbsdə saxlanılan ruhaninin qardaşı Məhəmməd Ən-Nəmər bazar ertəsi Təsnim İnformasiya Agentliyinə müsahibəsində deyib ki, Şeyx Nəmrin təhülkəsizlik qüvvələri tərəfindən həbs edildikdən sonra,  onun durumu ağırlaşıb belə ki əməliyyat olunmalıdır.
Ərəbistan məhkəməsi avqustun ortalarında Şeyx Baqir Ən-Nəmr ilə bağlı son qərarı elan etməli idi, lakin məhkəmənin 31 avqustadək təxirə salındığı elan olundu.
Qeyd edək ki, Ayətullah Şeyx Nəmr Səudi Ərəbistan şiələrinin tanınmış alimlərindən biridir. O, 8 iyul 2012 tarixdə, yerli vaxtla 14:00 radələrində Səud rejimi tərəfindən həbs edilib.
Səudi Ərəbistan rejiminin Prokurorluğu tərəfindən Şeyx Nəmrə, “Allah ilə Müharibə edən şəxsin hökmü”nün tələb edib və onun haqqında edam qərarının verilməsini istəyib.
 Səudiyyə Ərəbistan rejiminin bu istəyi müxtəlif hüquq təşkilatları tərəfindən böyük etirazla qarşılanıb. Böyük müctəhidlər Səudiyyə Ərəbistanın bu istəyinə qarşı etiraz bəyanatları veriblər./

 

Google+ WhatsApp ok.ru