600-dən çox Rusiya vətəndaşı Ukraynaya buraxılmayıb 04 Dekabr 2018 15:52 Dünya Ukrayna sərhədçiləri hərbi vəziyyət elan olunandan 600-dən çox Rusiya vətəndaşını ölkəyə buraxmayıblar. Trend-in məlumatına görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbəri Petro Tsiqikal deyib. O bildirib ki, bu müddətdə Ukraynaya getmək istəyən rusiyalıların sayı 3 dəfə azalıb: "Təkcə kişilər deyil, qadınların da ölkəyə girişinə icazə verilməyə bilər - əgər buna müəyyən səbəb varsa". Qeyd edək ki, ötən ayın sonlarından yaşı 16-dan 60-dək olan Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişinə qadağa qoyulub. Xatırladaq ki, noyabrın 25-də Kerç boğazında Ukrayna və Rusiya gəmilərinin heyətləri arasında insident yaşanıb. Bundan sonra iki ölkə arasında münasibətlər daha da gərginləşib. Teqlər : #600dən,#çox,#Rusiya,#vətəndaşı,#Ukraynaya,#buraxılmayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həzrət Məsumənin (s) hərəmini 86 ölkədən minlərlə turist və zəvvar ziyarət edib Nigeriyada Şeyx Zəkzəkiyə azadlıq tələb edənlərə polis hücum etdi - Video
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO