5 ölkə dollara alternativ valyuta yaratmağa hazırlaşır 16 Avqust 2018 01:00 Dünya Rusiya parlamentinin Aşağı Palatası olan Duma-nın Maliyyə Bazarı Komitəsinin rəhbəri Anatoli Aksakov ABŞ dollarının təzyiq vasitəsi kimi istifadə edilməsinin yeni qlobal valyutanın ortaya çıxmasına səbəb olacağını bildirib. Maide.az “Ahaber.com”a istinadən xəbər verir ki, o, təzyiqlərin davam edəcəyi təqdirdə beynəlxalq ödəmələrdə dollardan imtina ediləcəyini söyləyib. Aksakov BRICS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Akrika) öz aralarında ödəmələri həyata keçirmək üçün yeni valyuta yaradılması ehtimalının müzakirə etdiyini vurğulayıb: “Bu proses 5 il çəkə bilər. Bu rəsmi Vaşinqtondan asılıdır. Əgər ABŞ təzyiqləri davam etdirərsə, digər ölkələr də dollardan imtina etməyə davam edər. Yeni qlobal valyuta ortaya çıxdıqdan sonra dollar dəyərini itirəcək və ABŞ-ın qlobal təsiri də yox olacaq”. Məlumat üçün bildirək ki, dünya əhalisinin yarısı BRICS ölkələrində yaşayır. Qlobal sənayenin isə 30 faizi bu ölkələrdədir. Teqlər : #5 ölkə dollara alternativ valyuta yaratmağa hazırlaşır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sudanda ibtidai sinif şagirdlərini daşıyan gəmi batdı: 22 şagird öldü Nigeriyada Şeyx Zəkzakiyə azadlıq yürüşü keçirilib - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO