3 yaşlı uşağı öldürən həkimlərə gülünc cəza – Bakıda

3 yaşlı uşağı öldürən həkimlərə gülünc cəza – Bakıda

2015-ci ilin avqustunda həkim səhlənkarlığı nəticəsində vəfat edən 3 yaşlı Səkinə Novruzovanın işi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
 
Zərərçəkən Elman Əliyevin Axar.az-a verdiyi məlumata görə, Nəsimi Məhkəməsində hakim Emin Mehdiyev Ə.A.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının həkimi Samirə Orucovanın 500 manat maddi və 500 manat mənəvi, Mərkəzi Klinikanın həkimi Sevinc Abdullayevanın isə 792 manat maddi və 500 manat mənəvi təzminat ödəməsi barədə qərar çıxarıb.
 
Zərərçəkən məhkəmənin qərarına etiraz edib. Onun sözlərinə görə, məhkəməyə təqdim olunan xəstəlik tarixçəsi həkimlərin səyi nəticəsində dəyişdirilib. Bu da qərarın verilməsində böyük rol oynayıb.(axar)
 

 

Google+ WhatsApp ok.ru