15 gündə kürdlər Həskə vilayətinin 221 şəhərciyi və kəndini azad ediblər

Maide.az-ın məlumatına görə, Suriya kürdləri xalq müdafiə komitələri bildiriblər ki, İŞİD terror qruplaşmasının ünsürləri ilə ağır döyüşlərdən sonra Həskə vilayətinin əl-Məbrukə şəhərciyi azad olunub. 

Əl-Məbrukə şəhərciyinin əl-Raviyə, əl-Dəhma və Məbrukat əl-Hubub kəndləri vardır. Sonuncu kənd bölgədə paxlalı məhsulların əkildiyi ərazilər olduğuna görə, İŞİD üçün yüksək əhəmiyyət kəsb edirdi. Məbrukat Hubub kəndi həmçinin Rasul-Eyn və Təl-Əbyəz şəhəri istiqamətində olduğuna görə İŞİD üçün strateji bölgə idi. Bundan əlavə bu kənd Rasul-Eyn şəhərinin qərbində İŞİD-in əsas bazası sayılırdı. Məbrukə şəhərciyinin Rasul-Eyn şəhəri ilə 20 kilometr məsafəsi vardır və Suriya kürdləri xalq müdafiə komitələrinin bildirdiyinə görə bu əməliyyatın birinci mərhələsi Həskə vilayətində Cəzirə məntəqəsinin tam azad olunması ilə sona çatıb. 

Suriya kürdləri xalq müdafiə komitələri bildiriblər ki, təxminən 15 gün öncə başlanan bu bölgənin azad olunduğu zaman 500-dən çox İŞİD-çi öldürülüb və 221 şəhərcik və kənd azad olunub.

Google+ WhatsApp ok.ru