1080 bakalavrdan 485-i magistr oldu 12 Avqust 2014 01:00 Elm, Təhsil Magistraturanın boş qalan 1444 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1080 bakalavr müraciət edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, müsabiqə nəticəsində onlardan 485 nəfəri magistratura səviyyəsinə qəbul olub. Qəbul olan bakalavrların siyahısı müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 12-də “Magistr” jurnalının 7-ci sayında dərc ediləcək.Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 13-dən 22-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək. Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə ixtisas seçimi ötən gün başa çatıb. Teqlər : #1080 bakalavrdan 485i magistr oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Orta ixtisas təhsili müəssisələrinə keçirilən imtahanın nəticələri açıqlandı Cəbhə kəndi - Hacallıda bu il 50 uşaq 1-ci sinifə gedəcək